Anna Başta Qran-pri turnirində 5-ci yeri tutub

Fərdi
  • 01 may, 2023
  • 13:41
Anna Başta Qran-pri turnirində 5-ci yeri tutub

Azərbaycanın qadın qılıncoynadanı Anna Başta Cənubi Koreyanın paytaxtı Seulda keçirilən sablya üzrə şəxsi Qran-pri yarışında 5-ci yeri tutub.

Azərbaycan Qılıncoynatma Federasiyasından “Report”a verilən məlumata görə, 27 yaşlı idmançı turnirin 1/4 finalına qədər irəliləyib.

150-dən çox iştirakçı arasında yarışın ən güclü “8-liy”inə düşən Avropa çempionu mübarizəyə əsas mərhələdən başlayıb. O, Türkiyə təmsilçisi İrina Şçukla (15:8), öz komanda yoldaşı Palina Kapiaroviç (15:6) və çinli Kim Jiyeona (15:9) qalib gəlib. Başta yarımfinala yüksəlmək uğrunda görüşdə Qran-prini qalib başa vuran yunanıstanlı Teodora Gkountaraya 12:15 hesabı ilə uduzub.

Azərbaycanın digər təmsilçilərindən Palina Kaspiaroviç və Səbinə Kərimova da əsas mərhələyə yüksəlməyi bacarıblar. Kərimova “32-liy”ə yüksəlmək uğrunda görüşdə cənubi koreyalı Jisu Yuna məğlub olub (6:15). Kaspiaroviç “16-lığ”a yüksəlmək uğrunda qarşılaşmada Anna Baştaya uduzub.

Valeriya Bolşakova isə təsnifat mərhələsindən “64-lüy”ə yüksələ bilməyib. O, Səbinə Kərimovaya 11:15 hesabı ilə məğlub olub.