Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş Respublika turniri keçirilib

Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş Respublika turniri keçirilib Bakı. 23 dekabr. REPORT.AZ/ Dekabr ayının 22-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib.
Fərdi
23 Dekabr , 2018 12:36
Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş Respublika turniri keçirilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Dekabr ayının 22-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib.

“Report” xəbər verir ki, şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edib, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib. 

Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub. Turnirin təşkilində məqsəd Hacibaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışa qadınlar start verib. Zərif cinsin nümayəndələrinin mübarizəsi maraqlı alınıb. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 153 kq (69+84) nəticə və 199.18 Sinkleyr xalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 137 kq (63+74) nəticə və 197.97 xalla Lalə Rzazadə və 123 kq (55+68) nəticə və 177.28 xalla Anna Opanasyuk tutub.

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. İbrahimova Firuzə 1997 Sumqayıt Zirvə 63.7 69 84 153 199.18
2. Rzazadə Lalə 2001 Lənkəran Zirvə 54.3 63 74 137 197.97
3. Opanasyuk Anna 2003 Lənkəran Zirvə 54.5 55 68 123 177.28
4. Hüseynova Rəhilə 2004 Lənkəran Zirvə 67.0 64 76 140 176.98
5. Mayılova Səma 2004 Xırdalan Zirvə 60.0 60 70 130 175.63
6. Hüseynzadə Fidan 2001 Lənkəran Zirvə 71.0 64 78 142 173.92
7. Qarayeva Selcan 2005 İsmayıllı Zirvə 46.9 43 60 103 166.31
8. Muxtarlı Günel 2003 Sumqayıt Zirvə 44.9 44 53 97 162.34
9. Qurbanlı Leyla 2006 Lənkəran Zirvə 62.2 55 65 120 158.50
10. Verdiyeva Nazilə 1998 Sumqayıt Zirvə 57.7 48 60 108 149.68
11. Qəmbərzadə Türkanə 2007 Lənkəran Zirvə 41.0 31 38 69 124.96
12. Niftəliyeva Zəhra 2007 Sumqayıt Təhsil 45.2 28 32 60 99.86

Sonra yarışın açılış mərasimi keçirilib. Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə söz ilk olaraq Hacıbaba Əskərovun qızı Gülarə Nərimanovaya verilib. O, hər kəsi salamlayıb və yarışın təşkilatçılığı barədə müsbət fikirlər söyləyib: “Bu gün artıq ikinci dəfədir ki, atam Hacıbaba Əskərovun xatirəsi bu cür yüksək səviyyədə qeyd olunur. Ötən il də Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) birlikdə çox gözəl 100 illik yubiley tədbiri və ilk xatirə turnirini təşkil etdilər. İndi də bu yarış növbəti dəfə keçirilir. Mən, bütün ailəmiz adından buna görə təşkilatçılara, əziyyəti olan hər kəsə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Atam ömrünü ağır atletika idmanına həsr edib və belə yarışın təşkili onun ruhunu şad edir. Ümid edirəm ki, iştirakçı idmançılar da belə yarışlarda təcrübə toplayaraq qarşıdakı beynəlxalq turnirlərdə qələbələr qazanacaq, ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Bir daha hər kəsə təşəkkür edirəm”.Daha sonra AAAF-ın baş katibi Rizvan Rəsulovun nitq söyləyib. O, turnirin əhəmiyyəti barədə danışıb: “Hörmətli, yarış iştirakçıları, məşqçilər, idmançılar, digər qonaqlar. Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnirin təşkili münasibətilə hamımız təbrik edirəm. Artıq ikinci dəfədir bu yarış yüksək səviyyədə təşkil olunur. Hacıbaba Əskərovun həyat və fəaliyyəti, onun ağır atletikanın inkişafında rolu barədə hamımız bilirik. O, istər məşq prosesində, istərsə də işin elmi tərəfində böyük irəliləyişlərə nail olmuş, gətirdiyi yeniliklərlə hazırkı Azərbaycan ağır atletikasının uğurlarına təkan verən şəxslərdən biri olmuşdur. Bu yarış bizə həm onun xatirəsini yad etmək, belə şəxsiyyətlərin varlığı barədə yeni nəsili məlumatlandırmaq, həm də idmançılarımıza təcrübə qazandırmaq imkanı verir. Hacıbaba Əskərovun ruhunu 1 dəqiqəlik sükutla yad etməyi vacib sayıram.

2018-ci il bizim üçün uğurlu keçib. Avropa və dünya birinciliklərində, həmçinin Yeniyetmələrin Olimpiya Oyunlarında atletlərimiz 35 medal əldə etməyi bacarıblar. Onlar komanda hesabında Avropa birinci olmağı bacarıblar. Həmçinin yaxınlarda Misir və Qətərdə keçirilən lisenziya xarakterli Qran-Pri yarışlarında da uğurlara nail olmuşuq. Qarşıda da bizi həm təsnifat yarışları, həm də Tokio Olimpiya Oyunlarının özü gözləyir. 2019-cu il bu baxımdan çox yaxşı sınaq ili olacaq. Bütün idmançılarımız və məşqçilərimizə uğurlar arzulayıram. AAAF adından hər kəsi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.

Açılış mərasimindən sonra yarış kişilərin mübarizəsi ilə davam edib. Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kq (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib. Sonrakı pillələrdə müvafiq olaraq toplam 293 kq (128+165) nəticə və 358.66 xalla Sənan Quliyev və 235 kq (105+130) nəticə və 301.90 xalla Füqan Əliyev qərarlaşıblar.

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Nəbiyev Nailxan 1994 Bakı Spartak 94.90 140 178 318 359.78
2. Quliyev Sənan 1995 Samux Zirvə 79.90 128 165 293 358.66
3. Əliyev Füqan 2001 Lerik Zirvə 73.15 105 130 235 301.90
4. Qasımov Rüstəm 2002 Lənkəran Təhsil 67.25 100 120 220 297.25
5. Ağayev Elvin 2000 Bakı Spartak 64.30 96 110 206 286.32
6. Cavadov Ömər 2002 Xırdalan Zirvə 56.70 80 100 180 273.11
7. Həsənov Ruslan 2000 Gəncə Təhsil 67.25 95 110 205 270.98
8. Bayramov Firuz 1984 Sumqayıt Zirvə 91.50 95 125 220 252.69
9. Hüseynzadə Fərid 1988 Sumqayıt Zirvə 87.00 95 120 215 252.51
10. Xəlilov Kənan 1999 Neftçala Zirvə 73.60 0 0 0
Sonda körpücük üzərinə ustadlar çıxıblar. Sabiq ağır atletlər arasında qalib adına 70 yaşlı Vladimir Jilyayev layiq görülüb. O, toplam 169 kq (73+96) nəticə və 375.57 xalla qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 151 kq (64+87) nəticə və 329.17 xalla Sərdar Quliyev, bürünc medalı isə 132 kq (62+70) nəticə və 309.18 xalla Akif Alıyev boynundan asıb.
N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Jilyayev Vladimir 1948 Bakı Zirvə 91.3 73 96 169 375.57
2. Quliyev Səddar 1950 Sumqayıt Zirvə 80.0 64 87 151 329.17
3. Alıyev Akif 1958 Bakı MOİK 55.0 62 70 132 309.18
4. Novruzov Mübariz 1976 Gəncə Zirvə 100.3 115 125 240 307.83
5. Əkbərov Emin 1973 Sumqayıt Zirvə 83.20 90 105 195 279.52
6. Xıdırov Qələndər 1955 Ağdam Zirvə 77.7 55 80 135 265.61
7. Məmmədov İltifat 1965 Bakı Zirvə 96.0 77 105 182 265.03
8. Əzizov Aydın 1967 Sumqayıt Zirvə 102.45 67 88 155 213.86
9. Həsənov Məlik 1960 Sumqayıt Zirvə 80.7 50 70 120 211.76
10. Məmmədov Əlgül 1968 Sumqayıt Zirvə 92.7 60 80 140 198.78
11. Dadaşov Malik 1967 Bakı XDMX 93.2 57 70 127 181.66
12. Cəmilov Namiq 1982 Gəncə Təhsil 87.1 0 0 0 0

Son xəbərlər

Orphus sistemi