ABŞ-dəki məşqçilər azərbaycanlı basketbolçunun inkişafını yüksək qiymətləndirib

ABŞ-dəki məşqçilər azərbaycanlı basketbolçunun inkişafını yüksək qiymətləndirib Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir neçə aydır ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında (SCA) basketbol bacarıqlarını daha da kəskinləşdirən Hüseyn Qaflanovun inkişafı, məşqçiləri tərəfindən müsbət qiymətləndirilib.
Fərdi
1 Dekabr , 2023 16:59
ABŞ-dəki məşqçilər azərbaycanlı basketbolçunun inkişafını yüksək qiymətləndirib

Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir neçə aydır ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında (SCA) basketbol bacarıqlarını daha da kəskinləşdirən Hüseyn Qaflanovun inkişafını məşqçiləri müsbət qiymətləndirib.

Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, "Wasserman" beynəlxalq skaut şirkətinin gürcüstanlı basketbol skautu Laşa Parqalava gənc basketbolçunun bir neçə matçını yaxından izləyib və onun haqqında xoş fikirlər söyləyib: "Bir neçə oyunda onun necə də mükəmməl şəkildə inkişaf etdiyinin şahidi oldum. Hüseynin çox güclü xarakteri var və bu mənada o amerikalı oyunçulardan heç də geri qalmır. Onların qarşısında qətiyyən geri addım atmır. Məşqçiləri onun gələcəyi ilə bağlı çox həyəcanlıdırlar. Hüseynin məşq prosesini və oyunlarını canlı izləmək məni çox qane etdi. Mən onun xüsusi oyunçu olacağını düşünürəm. Sonda isə ona gələcək karyerasında uğurlar arzu edirəm "

Son xəbərlər

Orphus sistemi