"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran Prisi kommersiya baxımından ən sərfəlisi olub.
"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. BŞH rəsmisinin özlərinə görə, ötən illə müqayisədə sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb.
Qeyd edək ki, "Formula 1" Azərbaycanda 2016-cı ildən keçirilir.