Zaur Qəhrəmanov: “Türkiyənin iqtisadi gücünə və siyasi sabitliyinə tam etibar edirik”

Zaur Qəhrəmanov: “Türkiyənin iqtisadi gücünə və siyasi sabitliyinə tam etibar edirik”
Energetika
79
25 Fevral , 2019 17:36
Zaur Qəhrəmanov: “Türkiyənin iqtisadi gücünə və siyasi sabitliyinə tam etibar edirik”

Bakı. 25 fevral. REPORT.AZ/ "Türkiyənin iqtisadi gücünə və siyasi sabitliyinə tam olaraq etibar edirik".

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Arda Ermutla birgə jurnalistlərlə görüşdə qeyd edib.

Z.Qəhrəmanov bildirib ki, SOCAR Türkiyə iqtisadiyyatının inkişafına töhfə verir: “Türkiyə qapılarını sərmayələr üçün açır. SOCAR 15-16 ölkədə işlər görür. Amma Türkiyədəki qanunlar və təşviqlər heç bir ölkədə yoxdur. Türkiyə bölgədə potensialı ən yüksək ölkədir. 2008-ci ildə “Petkim”i Özəlləşdirmə İdarəsindən alaraq Türkiyə bazarına daxil olduq və 11 ildə investisiyaların həcmi 15 mlrd. dollara çatıb. 2018-ci ildə həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatları üçün çox əhəmiyyətli olan STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinin açılışı həyata keçirildi. Bu iki nəhəng layihədən başqa, konteyner terminalı, külək elektrik stansiyası kimi layihələrimiz də var. Bu il təməlini atmağı planlaşdırdığımız yeni neft-kimya müəssisəsi ilə investisiyalarımıza davam edəcəyik. Türkiyənin iqtisadi gücünə və siyasi müstəqilliyinə tam güvənirik. Türkiyə və Azərbaycanın əbədi dostluğuna iqtisadi əməkdaşlığı da qataraq əlaqələrimizi qüvvətləndirmək istəyirik”.