İlk xəbər saat 12:47-də verilib
Bu gün Siyəzəndə Azərbaycan Dövlət Neft Şirkətini (
“Report” xəbər verir ki, kompressor stansiyası SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib.
Açılış mərasimində SOCAR-ın prezidenti
Tədbirdə çıxış edən A.Frakassetti bildirib ki, istixana qaz emissiyaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən iqtisadiyyatın enerji ehtiyatlarına söykəndiyi Azərbaycan kimi bir ölkədə ciddi bir təhlükədir. “Bu gün quraşdırılan müasir avadanlıqlar istixana qaz emissiyalarını kifayət qədər azaltmaq, eyni zamanda Azərbaycanın əhalətlərində həssas icmaları təmiz yanacaqla təchiz etmək potensialına malikdir. Biz inanırıq ki, maksimum təsiri təmin etmək üçün belə layihələrə dəstək göstərilməli və onların tətbiq dairəsi genişləndirilməlidir”.
Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilib və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülüb. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilib. 2 il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 mln. kubmetr səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaq.
Qeyd edək ki, “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA)” birgə layihəsi SOCAR və BMT İP tərəfindən 2015-ci ildən həyata keçirilir. Layihə ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir. 2013-cü ildən başlayaraq, SOCAR hər il birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarının hesablanmasını həyata keçirir.
***
"SOCAR-la BMT-nin bağladığı müqaviləyə əsasən, bu gün kompressorlardan atmosferə atılan qazın yığılaraq kənd əhalisinə verilməsində iştirak edirik. Bu məqsədlə BMT-nin dəstəyi ilə 6 kompressor, 6 seperator və 3 soyuducu qurğu quraşdırılıb".
Bunu isə SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Siyəzəndə bildirib.
"Bu, ekoloji bir layihədir. Bu müqavilədə 3 komponent iştirak edir. Bu komponentlərdən biri enerji səmərəliliyi, digər isə enerji səmərəliliyinin nəqliyyatda istifadəsidir. Bu müqavilənin son mərhələsi isə alçaqtəzyiqli qazları yığıb əhalinin istifadəsinə verməkdir. Bütün qurğular BMT tərəfindən quraşdırılıb. 32 kilometr borunun çəkilməsi isə SOCAR tərəfindən həyata keçirilib. Burada əslində 6 kompressor, 3 stansiyadır. Bu stansiyada gündə 2 500 kubmetr qaz yığırıq. Digərində 12 500 kubmetr, üçüncüsündə isə 5 500 kubmetr qaz yığıb istifadəyə verilir. Ümumilikdə ayda 583 000 kubmetr qaz yığılıb istifadəyə veriləcək. Bu kompressorlar işə salınan kimi bu gündən 2-3 kəndə qaz veriləcək", - o qeyd edib.