Yohannis: “Rumıniya SGC-nin inkişaf etdirilməsi və genişləndirilməsi səylərinə sadiqdir”

Yohannis: “Rumıniya SGC-nin inkişaf etdirilməsi və genişləndirilməsi səylərinə sadiqdir” 2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Aİ-nin diversifikasiya strategiyasının mühüm komponenti kimi Cənub Qaz Dəhlizinin (SGC) rolunun da
Energetika
3 Fevral , 2023 12:07
Yohannis: “Rumıniya SGC-nin inkişaf etdirilməsi və genişləndirilməsi səylərinə sadiqdir”

2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Aİ-nin diversifikasiya strategiyasının mühüm komponenti kimi Cənub Qaz Dəhlizinin (SGC) rolunun daha da gücləndirilməsinə yol açır.

“Report” xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı deyib.

"Rumıniya SGC-nin inkişaf etdirilməsi, Mərkəzi və Cənub-Şərqi Avropada yeni bazarlara genişləndirilməsi səylərinə sadiq olduğunu bəyan edib. Biz artan milli istehlakımızı ödəmək üçün Xəzər dənizinin əlavə təbii qaz həcmlərinə çıxış əldə etməkdə əvvəlki kimi maraqlıyıq", - Rumıniya Prezidenti deyib.

O əlavə edib ki, Rumıniya Azərbaycanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji tələbatının ödənilməsinə verdiyi mühüm töhfəni ilk gündən etiraf edir.

Son xəbərlər

Orphus sistemi