Yevlax şəhərinin işıqlandırma sistemi yenidən qurulur.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərdə ümumi uzunluğu 27 km olan 31 küçə və 1 prospektin işıqlandırılma sisteminin yenidən qurulması işlərinə başlanılıb.
Qeyd edək ki, hazırda Yevlax şəhərinin Nizami prospektində yeni işıqlandırma xətlərinin çəkilməsi məqsədilə səkilərin kənarlarında qazıntı işləri həyata keçirilir.