Yuxarı
    Bağlamaq

    ​Yeni ildən Azərbaycanda yanacağın bahalaşması gözlənilmir

    Tarif Şurası və SOCAR yanvardan yanacağın qiymətinin artırılması ilə bağlı xəbərləri təkzib edib

    Bakı. 6 dekabr. REPORT.AZ/ Yeni ilin əvvəlindən Azərbaycanın daxili bazarında avtomobil benzininin satış qiymətinin artırılması ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu barədə "Report"a Tarif Şurasından məlumat verilib.

    "Hazırda Azərbaycanda yanacağın bahalaşması ilə bağlı məsələ Tarif Şurasında müzakirə olunmur", - deyə Şuradan bildirilib.

    Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də bu xəbəri təkzib edib: "SOCAR yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi