Yellen: Qırmızı dənizdəki vəziyyət ABŞ-nin enerji qiymətlərinə təsir etmir

Yellen: Qırmızı dənizdəki vəziyyət ABŞ-nin enerji qiymətlərinə təsir etmir Ticarət gəmilərinə hücumların tez-tez baş verdiyi Qırmızı dənizdəki durum ABŞ-də enerji qiymətlərinin artmasına səbəb olmur.
Energetika
5 Yanvar , 2024 22:58
Yellen: Qırmızı dənizdəki vəziyyət ABŞ-nin enerji qiymətlərinə təsir etmir

Ticarət gəmilərinə hücumların tez-tez baş verdiyi Qırmızı dənizdəki durum ABŞ-də enerji qiymətlərinin artmasına səbəb olmur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib.

“Biz vəziyyəti çox diqqətlə izləyirik, ancaq yetərincə zəngin neft ehtiyatlarımız var və biz heç bir effekt görmürük. Enerji qiymətləri sabitdir”, – o deyib.

Yellenin sözlərinə görə, Qırmızı dənizdəki vəziyyət Asiya və Avropa arasında malların daşınmasına təsir edir, ancaq ABŞ-yə “əhəmiyyətli təsir” göstərmir.

Son xəbərlər

Orphus sistemi