Yanvarda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 400 ton tranzit nefti nəql edilib

Yanvarda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 400 ton tranzit nefti nəql edilib Bu kəmərlə ümumilikdə 3 mln. tona yaxın neft nəql olunub
Energetika
20 Fevral , 2016 13:25
Yanvarda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 400 ton tranzit nefti nəql edilib

Bakı. 20 fevral. REPORT.AZ/ Yanvar ayında magistral neft kəmərləri ilə 3,7 mln. ton neft nəql edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 79,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, hesabat ayında bu kəmər vasitəsilə 2,91 mln. ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 0,4 min ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Son xəbərlər

Orphus sistemi