Yanvarda Azərbaycandan İtaliyaya neft ixracı 2 dəfə azalıb
- 16 fevral, 2023
- 07:15
Bu ilin yanvar ayrında Azərbaycandan İtaliyaya 848 min 983,07 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 538 milyon 333,86 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 2,07 dəfə, dəyəri isə 1,9 dəfə azdır.
Yanvarda Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 37,8 % olub.
Xatırladaq ki, bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 2 milyon 246 min 118,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 1 milyard 397 milyon 747,32 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.