​Xoşbəxt Yusifzadə: "Azərbaycan "Nabucco"dan da istifadə edə bilər"

​Xoşbəxt Yusifzadə: "Azərbaycan "Nabucco"dan da istifadə edə bilər" SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bunu digər ixrac kəmərlərinin tərkib hissəsi olaraq mümkün sayır
Energetika
11 Mart , 2015 13:30
​Xoşbəxt Yusifzadə: Azərbaycan Nabuccodan da istifadə edə bilər

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Avropaya təbii qaz ixracının təşkili prosesində perspektivdə "Nabucco" kəmərindən də istifadə edə bilər. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"Cənab prezidentin dediyini bir daha təkrar etmək istəyirəm ki, "Nabucco"dan da istifadə etmək mümkün olacaq. Təbii ki, digər ixrac kəmərlərinin tərkib hissəsi olaraq", - deyə vitse-prezident qeyd edib.

X.Yusifzadə əlavə edib ki, Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" yatağı ilə yanaşı bir sıra böyük ehtiyatlara malik olan başqa strukturlar da mövcuddur: "Ümumilikdə Azərbaycanın 2 trln. 550 mlrd. kubmetrə qədər kəşf edilmiş qaz ehtiyatı var. Belə ki, "Ümid" yatağında 200 mlrd. kubmetr, "Abşeron" yatağında isə 350 mlrd. kubmetr həcmində ehtiyat var". 

Son xəbərlər

Orphus sistemi