Paytaxtın Xəzər rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranacaq - FOTO

Paytaxtın Xəzər rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranacaq - FOTO Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Energetika
22 Mart , 2019 08:38
Paytaxtın Xəzər rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranacaq - FOTO

"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, NardaranBilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".

Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna "Azərişığ"ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.

Son xəbərlər

Orphus sistemi