SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib

SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş iki iddiaçının namizədliyinə baxılıb
Energetika
24 Yanvar , 2017 18:06
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyasının növbəti iclası keçirilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində “Beynəlxalq biznes və korporativ hüquq” və “Layihənin idarə olunması, maliyyə və risklər” ixtisasları üzrə magistr təhsilini başa vurmuş 2 məzunun hesabat xarakterli təqdimatı dinlənilib. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə ətraflı məlumat veriblər. Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilib. 

İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 2 iddiaçının namizədliyinə də baxılıb.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıdıb və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar.