Yuxarı

​WTI nefti 2015-ci ilin noyabrından bu yana ilk dəfə 46 dolları ötüb

Bu markalı neftin qiyməti bir barel üçün 1,52% artıb

Bakı. 28 aprel. REPORT.AZ/ Neftin dünya qiymətləri artmaqda davam edir.

"Report" xəbər verir ki, WTI markalı neft 5 noyabr 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 46 dollara qədər artıb.

Elektron hərraclar zamanı WTI markalı neftin iyun fyuçersləri 1,52% artaraq bir barel üçün 46,02 dollar təşkil edib.

"Brent" markalı neftin iyun fyuçersləri isə 1,66% bahalaşaraq bir barel üçün 47,71 dollara bərabər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi