Vyetnam Azərbaycandan neft idxalını cüzi azaldıb

Energetika
  • 21 oktyabr, 2023
  • 10:15
Vyetnam Azərbaycandan neft idxalını cüzi azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Vyetnama 415 min 601,09 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 244 milyon 039,12 min ABŞ dolları təşkil edib.

Bu ilin ilk 9 ayında Azərbaycandan Vyetnama ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 0,03 %, dəyəri isə 32,5 % azdır.

Azərbaycandan Vyetnama ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,09 % olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,40 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti