Vyetnam Azərbaycandan neft idxalını cüzi artırıb

Energetika
  • 17 avqust, 2023
  • 11:02
Vyetnam Azərbaycandan neft idxalını cüzi artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Vyetnama 276 min 935,99 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 165 milyon 107,75 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Vyetnama ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 0,2 % çox, dəyəri isə 33,4 % azdır.

Azərbaycandan Vyetnama ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,78 % olub.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 milyon 540 min 323,64 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 9 milyard 444 milyon 800,48 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti