Venesuelada neft hasilatı 16 illik minimuma düşüb

Venesuelada neft hasilatı 16 illik minimuma düşüb Bakı. 10 yanvar. REPORT.AZ/ Venesuelada 2017-ci ilin dekabr ayında neft hasilatı 1,7 mln. barel/gün təşkil edib və bu, 2002-ci ildən sonra ən aşağı göstərici olub. 
Energetika
10 Yanvar , 2018 11:25
Venesuelada neft hasilatı 16 illik minimuma düşüb
Report

Bakı. 10 yanvar. REPORT.AZ/ Venesuelada 2017-ci ilin dekabr ayında neft hasilatı 1,7 mln. barel/gün təşkil edib və bu, 2002-ci ildən sonra ən aşağı göstərici olub. 

"Report" xəbər verir ki, bu barədə "S&P Global Platts" müstəqil əmtəə bazarları informasiya şirkəti məlumat yayıb.

Hasilatın azalmasına səbəb kimi "Petroleos de Venezuela SA" (PDVSA) dövlət neft şirkətinin maliyyə çətinlikləri ilə üzləşməsi amili göstərilib. ABŞ-ın Texas ştatının "Houston Chronicle" ən çox satılan gündəlik qəzetinin proqnozlarına görə, PDVSA-nın neft hasiltında azalma davam edəcək.

Böyük Britaniyanın nüfuzlu "Wood Mackenzie" araşdırma və konsaltinq şirkətinin baş analitiki En Luiza Hittl (Ann Louise Hittle) bildirib ki, Venesuela İran, Liviya və Nigeriya kimi diqqət cəlb etməsə də, 2018-ci ilin başağrısı olmağa davam edəcək.

Beynəlxalq Energetika Agentliyi (İEA) Neft sektoru və bazarları Departamentinin rəhbəri Nil Atkinsona (Neil Atkinson) görə, Venesuelanın neft sektorunda çöküş gözlərimizin qarşısında baş verir. 2018-ci ildə bu ölkədə hasilatın daha çox azalmasının şahidi ola bilərik ki, nəticədə, neft bazarında balans dəyişə bilər.

Xatırladaq ki, ötən ilin oktyabrında Venesuelanın neft hasilatı orta hesabla 1,955 mln. barel/gün təşkil edib. Başqa sözlə, 2 ay ərzində hasilat 255 min barel və ya 13% azalıb. 

Son xəbərlər

Orphus sistemi