Venesuela Avropa və Hindistana neft ixracını artırır

Venesuela Avropa və Hindistana neft ixracını artırır Bakı. 28 fevral. REPORT.AZ/ Venesuela ABŞ sanksiyaları ilə əlaqədar Avropa ölkələrinə və Hindistana xam neft ixracını artırır.
Energetika
28 Fevral , 2019 11:57
Venesuela Avropa və Hindistana neft ixracını artırır

Bakı. 28 fevral. REPORT.AZ/ Venesuela ABŞ sanksiyaları ilə əlaqədar Avropa ölkələrinə və Hindistana xam neft ixracını artırır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Nəşrin məlumatına görə, fevral ayında Venesuela neftinin ABŞ-a tədarükü gündəlik 149 min barelə qədər aşağı düşüb.

Qeyd olunur ki, ABŞ-a tədarük edilməyən xammalın bir hissəsi Hindistana göndərilib.

Eyni zamanda, Venesueladan Böyük Britaniyaya neft təchizatının həcmi gündəlik 11 min barel artıb.

Son xəbərlər

Orphus sistemi