“Urals” neftinin qiyməti 1,6 dəfə azaldı

“Urals” neftinin qiyməti 1,6 dəfə azaldı Bu ilin yanvar-iyul aylarında Rusiyanın “Urals” markalı neftinin bir barelinin orta qiyməti 40,83 ABŞ dolları təşkil edib
Energetika
1 Sentyabr , 2020 13:34
“Urals” neftinin qiyməti 1,6 dəfə azaldı
0 : 00
0 : 00

Bu ilin yanvar-iyul aylarında Rusiyanın “Urals” markalı neftinin bir barelinin orta qiyməti 40,83 ABŞ dolları təşkil edib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin hesabatında deyilir.

Bildirilib ki, 2019-cu ilin analoji dövründə “Urals” neftinin bir barelinin qiyməti 64,54 ABŞ dolları olub ki, bu da bir illik müqayisədə 1,6 dəfə azalmaya bərabərdir.

Avqust ayında isə “Urals” neftinin bir barel üçün qiyməti 44,51 ABŞ dolları olub ki, bu da ötənilki 59,38 ABŞ dolları qiymətindən 1,3 dəfə azdır.

Bundan əvvəl də bildirilib ki, 2019-cu ilin nəticələrinə əsasən, “Urals” markalı neftin bir barelinin qiyməti 9,2% azalaraq 63,59 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Rusiyanın federal büdcəsində 2020-ci il üçün neftin bir barelinin qiyməti 42,4 ABŞ dolları olaraq götürülüb.

Eyni zamanda, aydan-aya “Urals” neftinin qiyməti artmaqdadır. Maliyyə Nazirliyinin hesabatında deyilir ki, Rusiya nefti aprel ayından başlayaraq bahalaşmaqdadır. Həmin dövrdə bu  növ neftin qiyməti təxminən 4 dəfə azalmışdı və bir barel üçün 18,22 ABŞ dolları təşkil edib. Avqust ayında isə Rusiya nefti iyulla müqayisədə 1,4% artıb.

Son xəbərlər

Orphus sistemi