Yazda havaların istiləşməsi və spot bazarda mavi yanacağın qiymətinin azalması ilə əlaqədar Rusiya qazının tədarükü üçün müraciətlərin həcmində azalma baş verib.
“Report” xəbər verir ki, bu barədə “Ukraynanın Qaz Nəqli Sisteminin Operatoru”nun məlumatında deyilir.
“Aprelin 23-nə olan duruma görə, Rusiya qazının regiona vurulması üzrə nominasiya 48,8 milyon kubmetr təşkil edir. Aprelin 22-nə olan müraciət isə 58,5 milyon kubmetr idi”, - şirkətin açıqlamasında bildirilir.
Bu, son iki ayın (fevralın 19-dan bəri) minimum həddidir.
İdxal olunan qaz “bir ay qabaqdan” birja indeksinə əsasən verilirsə (“Qazprom”da ixracının təxminən yarısı ona bağlıdır), o zaman apreldə onun qiyməti 1 000 kubmetr üçün təxminən 1 400 ABŞ dolları təşkil edib. Spot bazarda “bir gün qabaqdan” müqaviləsi hazırda 1 000 kubmetr üçün 1 029 ABŞ dolları təşkil edir. Buna görə də alıcılar yerindəcə alışları artırır, rekord səviyyədə bahalı olan uzunmüddətli müqavilələr seçimini azaldır.
Qeyd edək ki, Avropada yeraltı anbarlara qaz vurulması mövsümü açılıb. Hazırda ehtiyatlar 30,4% təşkil edir.