Ukrayna Azərbaycandan neft alışını 49 % artırıb

Energetika
  • 19 aprel, 2022
  • 08:06
Ukrayna Azərbaycandan neft alışını 49 % artırıb

Bu ilin yanvar-mart aylarında Ukrayna Azərbaycandan 506 min 349 ton xam neft idxal edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 304 milyon 516 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Ukraynaya ixrac olunmuş xam neftin həcmi 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 49,2 %, dəyəri isə 2,73 dəfə çoxdur.

Azərbaycandan Ukraynaya ixrac edilən xam neftin ümumi ixracında payı 8,6 % olub. Ukrayna idxal həcmlərinə görə Azərbaycandan xam neft idxal edən ölkələr sırasında dördüncü olub. Ötən ilin eyni dövründə isə bu siyahıda Ukrayna altıncı olub.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.