Ukrayna 2035-ci ilə qədər Rusiya qazından imtina edib

Ukrayna 2035-ci ilə qədər Rusiya qazından imtina edib Ukrayna həmçinin 2019-cu ildən Rusiya qazının tranzitini dayandırmaq niyyətindədir
Energetika
2 İyun , 2017 14:29
Ukrayna 2035-ci ilə qədər Rusiya qazından imtina edib

Bakı. 2 iyun. REPORT.AZ/ Ukrayna 2035-ci ilə qədər Rusiyanın "Qazprom" şirkətindən qaz almağı planlaşdırmadığını bildirib. 

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, müvafiq qərar Ukrayna Energetika Nazirliyinin 2035-ci ilə qədər ölkənin energetika strategiyasi layihəsində yer alıb. Layihədə Ukraynanın Rusiya qazından asılılığını tam aradan qaldırılması barədə qeyd olunub.

Xatırladaq ki, Ukrayna 2015-ci ildən Rusiya qazını almaqdan imtina edib və qaz alışını Avropadan təmin etməyə başlayıb. Yeni energetika strategiyasında Ukraynanın həmçinin 2019-cu ildən Rusiya qazının tranzitini dayandırması imkanları da yer alıb. Bununla yanşı, Ukrayna öz qaz hasilatını 2035-ci ilə qədər ildə 30-35 mlrd. kubmetrə çatdırmağı planlaşdırır. Hazırda Ukraynada qaz hasilatı ildə 15 mlrd. kubmetr təşkil edir. 

Son xəbərlər

Orphus sistemi