Üç magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Üç magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Bir neçə əraziyə qaz verilişində məhdudiyyət yaranacaq
Energetika
24 Dekabr , 2015 17:16
Üç magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 25-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Atbulaq”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qobustan” və ''Qusar'', Ağdaş magistral qaz kəmərləri sahəsinin “Cırdaxan”, “Yeni Yevlax”, “Yevlax-1” və “Ucar” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Hacıqabul rayonunun Atbulaq və Qızılburun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qobustan, Qusar, Yevlax və Ucar rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi