Türkmənistan Prezidenti və AİB başçısı Xəzər dənizində boru kəmərlərinin tikintisi məsələlərini müzakirə ediblər

Türkmənistan Prezidenti və AİB başçısı Xəzər dənizində boru kəmərlərinin tikintisi məsələlərini müzakirə ediblər Bakı. 15 noyabr. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və Asiya İnkişaf Bankının (AİB) başçısı Takehiko Nakao Aşqabadda Xəzər dənizində boru kəmərlərinin tikintisi məsələlərini müzakirə ediblər.
Energetika
15 Noyabr , 2018 10:50
Türkmənistan Prezidenti və AİB başçısı Xəzər dənizində boru kəmərlərinin tikintisi məsələlərini müzakirə ediblər

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və Asiya İnkişaf Bankının (AİB) başçısı Takehiko Nakao Aşqabadda Xəzər dənizində boru kəmərlərinin tikintisi məsələlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə "Neytral Türkmənistan" dövlət qəzeti məlumat verib.

Qəzetdə qeyd olunur ki, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan marşrutu üzrə Lapis-Lazuli (Lazurit) beynəlxalq tranzit-nəqliyyat dəhlizinin yaradılması danışıqlarda xüsusi mövzu olub. Dəhliz son mərhələdə Türkiyənin Qars və İstanbul şəhərlərinə qədər uzanacaq və onun Avropaya çıxışı təmin olunacaq.

Görüş zamanı Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra gələcək birgə layihələr üçün, o cümlədən boru kəmərlərinin çəkilməsi və dəniz ehtiyatlarının işlənməsi üzrə perspektivlərin mövcud olduğu Xəzər dənizində əməkdaşlıq üçün potensialın artması qeyd olunub.

Qeyd edək ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Türkmənistan tərəfi dəfələrlə Türkmənistan və Azərbaycanı birləşdirəcək Transxəzər qaz kəmərinin tikintisində maraqlı olduğunu bildirib. Bu qaz kəməri Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulmasına və təbii qazını Avropanın enerji bazarına çatdırmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi