"Avropanın neft və qaz tədarükünü strateji cəhətdən şaxələndirmək və bununla da Rusiyadan asıllığını azaltmaq məqsədilə hazırlanmış “Cənub Enerji Dəhlizi” konsepsiyası 1990-cı illərin sonlarına təsadüf edib. Bu dəhlizin yaradılmasında əsas məqsəd Xəzər və Mərkəzi Asiya regionlarından neft-qazı Avropaya idxal etməkdir"
Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyədən olan ekspert, iqtisad elmləri doktoru Rahmi İncekara bildirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci iclasının Bakıda keçirilməsi Avropaya qaz nəqlinin artırılmasında Azərbaycanın malik olduğu yüksək potensialın göstəricisidir: "Azərbaycanın Avropa və Asiya regionunda enerji sahəsində təşəbbüskar mövqe sərgiləməsi Türkiyə, Avropa İttifaqı (Aİ), ABŞ, İngiltərə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya-Herseqovina, Ukrayna və Türkmənistan kimi ölkələrin də tədbirdə iştirakına yol açıb".
Ötən gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci iclasında “British Petroleum”, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, ICGB, “Romgaz”, SACE, SGC, “Enagas”, “Uniper”, “TotalEnergies”, "Equinor" və "Lukoil" enerji şirkətlərinin, həmçinin Dünya Bankı, Asiya İnkişaf Bankı, Yenidənqurma və İnkişaf üzrə maliyyə institutlarının və digər qurumların nümayəndələri də iştirak ediblər.