Türkiyədə elektrik enerjisi və təbii qaz tarifləri artırılıb

Türkiyədə elektrik enerjisi və təbii qaz tarifləri artırılıb
Energetika
410
1 Sentyabr , 2018 16:49
Türkiyədə elektrik enerjisi və təbii qaz tarifləri artırılıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyənin Enerji Bazarlarının Tənzimləmə Təşkilatı yeni elektrik enerjisi tariflərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.

“Report”un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez - sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib.

“Resmi Gazete”də yer alan məlumatda deyilir ki, elektrik enerjisi tarifləri 14,6%-lə 16,2% arasında artırılıb.

Elektrik enerjisinin birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə isə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.

Türkiyədə təbii qazın qiymətlərində də artım olub. Belə ki, BOTAŞ-ın elan etdiyi yeni qiymətlərdə təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali (sənaye) üçün isə 14% artırılıb.