Türkiyə yaxın vaxtlarda Ceyhan terminalına neft tədarükünü bərpa edəcək

Türkiyə yaxın vaxtlarda Ceyhan terminalına neft tədarükünü bərpa edəcək Türkiyə ötən gün, yəni bu ölkədə fevralın 6-da baş vermiş zəlzələdən sonra fəaliyyəti dayandırılan Ceyhan ixrac terminalına yaxın vaxtlarda neft tədarükünü bərpa edəcək.
Energetika
7 Fevral , 2023 14:24
Türkiyə yaxın vaxtlarda Ceyhan terminalına neft tədarükünü bərpa edəcək

Türkiyə ötən gün, yəni bu ölkədə fevralın 6-da baş vermiş zəlzələdən sonra fəaliyyəti dayandırılan Ceyhan ixrac terminalına yaxın vaxtlarda neft tədarükünü bərpa edəcək.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə tanış olan rəsmi şəxsə istinadən məlumat yayıb.

“Türkiyə hökuməti Aralıq dənizi sahilindəki Ceyhan ixrac terminalına neftin tədarükünü bərpa etmək barədə göstəriş verib”, - o bildirib.

Onun sözlərinə görə, Ceyhan terminalı vasitəsilə neft tədarükünə yaxın vaxtlarda başlanılacaq.

Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.

Son xəbərlər

Orphus sistemi