Türkiyə Rumıniyaya sutkada 4 milyon kubmetrə qədər təbii qaz ixrac edəcək

Türkiyə Rumıniyaya sutkada 4 milyon kubmetrə qədər təbii qaz ixrac edəcək Türkiyənin dövlət neft-qaz şirkəti olan BOTAŞ Rumıniyanın “OMV Petrom” şirkəti ilə Rumıniyaya sutkada 4 milyon kubmetrədək təbii qazın tədarük edilməsi məqsədilə müqavilə imzalayıb.
Energetika
27 Sentyabr , 2023 12:31
Türkiyə Rumıniyaya sutkada 4 milyon kubmetrə qədər təbii qaz ixrac edəcək

Türkiyənin dövlət neft-qaz şirkəti olan BOTAŞ Rumıniyanın “OMV Petrom” şirkəti ilə Rumıniyaya sutkada 4 milyon kubmetrədək təbii qazın tədarük edilməsi məqsədilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi BOTAŞ-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rumıniyaya “mavi yanacağ"ın tədarükü oktyabrın 1-dən başlanılacaq.

BOTAŞ-ın məlumatına əsasən, tərəflər təbii qazın tədarükü, saxlanılması, istehsalı və satışı, həmçinin “yaşıl enerji” texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Daha əvvəl Türkiyə şirkəti təbii qazın Yunanıstan, Bolqarıstan və Macarıstana ixracına dair müqavilələr bağlayıb. Bununla da onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və qitədə enerji mənbələrinin şaxələndirilməsi məsələlərində töhfəsi daha da artıb.

Son xəbərlər

Orphus sistemi