Türkiyə "Qazprom"a müsbət rəy verib

Türkiyə "Qazprom"a müsbət rəy verib Şirkətin "Türk axını" layihəsi çərçivəsində ətraf mühitə təsirə dair hesabatı müsbət qiymətləndirilib
Energetika
1438
21 Oktyabr , 2017 15:35
Türkiyə Qazproma müsbət rəy verib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Türkiyə öz sahilində Rusiyanın "Qazprom" şirkətinin "Türk axını" layihəsinin son məntəqəsinin ətraf mühitə təsirinə dair hesabata müsbət rəy verib.

"Report"un "Interfax"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski məlumat verib.

Rusiya mətbuatı yazır ki, bu boru xətti ilə tədarük olunacaq qazın qiymətinə dair məsələ hazırda Energetika Nazirliyi səviyyəsində müzakirə edilmir.

Qeyd edək ki, "Qazprom" Ukrayna ərazisindən keçən yolu qısaltmaq üçün Qara dənizi vasitəsilə "Türk axını" qaz kəmərini tikir. Boru xəttinin planlanan nəqletmə gücü illik 31,5 mlrd. kubmetrdir. Türkiyənin bu layihədən ildə 15,75 mlrd. kubmetr təbii qaz alması və qalan 15,75 mlrd. kubmetr qazın Avropaya ixrac edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi