Türkiyə İran neftinin idxalına dair ABŞ ilə danışıqlar aparır

Türkiyə İran neftinin idxalına dair ABŞ ilə danışıqlar aparır Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyənin TüPRAŞ (Türkiye Petrol Rafineleri Anonim Şirketi – Dövlət Neft Emalı Şirkəti) şirkəti ABŞ hökuməti ilə bu ölkənin İrana qarşı sanksiyalarının qüvvəyə minməsindən sonra İran neftinin idxalı ilə bağlı danışıqlar aparır.
Energetika
18 Oktyabr , 2018 12:31
Türkiyə İran neftinin idxalına dair ABŞ ilə danışıqlar aparır
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyənin TüPRAŞ (Türkiye Petrol Rafineleri Anonim Şirketi – Dövlət Neft Emalı Şirkəti) şirkəti ABŞ hökuməti ilə bu ölkənin İrana qarşı sanksiyalarının qüvvəyə minməsindən sonra İran neftinin idxalı ilə bağlı danışıqlar aparır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, enerji sahəsindəki mənbələrə görə, Türkiyə tərəfi əvvəlki sanksiyalar dövründəki kimi “ayda üç-dörd partiya İran nefti idxal etmək arzusundadır. Lakin ABŞ idxalı dayandırmalarını bildirsə, buna əməl etməli olacaqlar. Bu ayın əvvəlindən Türkiyə İrandan ümumi həcmi 3 milyon barel üç partiya neft idxal edib.

Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp Müştərək Əhatəli Fəaliyyət Planından çıxdıqlarını açıqlamışdı. Həmin plan BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqqı tərəfindən tətbiq olunan sanksiyaların ləğv olunması müqabilində İranın nüvə proqramını təxirə salmasını nəzərdə tutan sövdələşmədir. Üstəlik. Prezident Tramp əvvəlki, o cümlədən enerji sahəsini əhatə edən sanksiyaları bərpa edəcəklərini bildirmişdi. Bu sanksiyaların bu il noyabrın 4-dən tətbiq olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi