Türkiyə Azərbaycandan neft alışını 41 %-dən çox azaldıb

Energetika
  • 19 may, 2022
  • 10:50
Türkiyə Azərbaycandan neft alışını 41 %-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 136 min 436,38 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 69 milyon 611,97 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 41,4 %, dəyəri isə 28,1 % azdır.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi ixracında payı 1,44 % olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumilikdə 9 milyon 481 min 168,95 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 6 milyard 544 milyon 674,13 min ABŞ dolları təşkil edib.

Ötən 4 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,823 milyard ABŞ dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb.

Qeyd edək ki, Türkiyəyə neft Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql edilir. Hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və "Şahdəniz"dən kondensat nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti