“Türk axını” ilə qaz nəqli bir həftə müddətinə dayandırılacaq

“Türk axını” ilə qaz nəqli bir həftə müddətinə dayandırılacaq “Türk axını” ilə Rusiya qazının nəqli qaz kəmərində illik planlı təmir işləri ilə əlaqədar iyunun 5-dən 12-dək dayandırılacaq.
Energetika
5 İyun , 2023 06:42
“Türk axını” ilə qaz nəqli bir həftə müddətinə dayandırılacaq

“Türk axını” ilə Rusiya qazının nəqli qaz kəmərində illik planlı təmir işləri ilə əlaqədar iyunun 5-dən 12-dək dayandırılacaq.

“Report” xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.

Eyni zamanda, Rusiyadan qaz Türkiyəyə daha bir boru kəməri - mayın ikinci yarısında təmir edilmiş “Mavi axın” vasitəsilə nəqlini davam etdirir.

“Qazprom” qeyd edib ki, planlı texniki xidmətin aparılması bütün maraqlı tərəflər tərəfindən əvvəlcədən razılaşdırılıb. 2022-ci ildə “Türk axını” qaz kəmərində planlı təmir işləri iyunun 21-dən 28-dək aparılıb.

Rusiya Qara dənizdən keçən iki boru kəməri ilə Türkiyəyə qaz tədarük edir. “Mavi axın” 2003-cü ilin əvvəlində istismara verilib, onun gücü 16 milyard kubmetrdir və ümumi uzunluğu - 1 213 km-dir.

“Türk axını” ixrac qaz kəməri iki xəttdən ibarətdir, bunlardan biri türk istehlakçılarını, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. “Türk axını”nın ümumi tutumu 31,5 milyard kubmetrdir.

Son xəbərlər

Orphus sistemi