"Total" şirkəti "Maersk Oil"u 7,45 mlrd. dollara alıb

"Total" şirkəti "Maersk Oil"u 7,45 mlrd. dollara alıb Alqı-satqı əməliyyatının 2018-ci ilin I rübündə tamamlanması gözlənilir
Energetika
21 Avqust , 2017 16:55
Total şirkəti Maersk Oilu 7,45 mlrd. dollara alıb

Bakı. 21 avqust. REPORT.AZ/ Danimarkanın “Moeller-Maersk” şirkəti neft-qaz biznesi - “Maersk Oil”un Fransanın “Total” şirkətinə 7,45 mlrd. ABŞ dollarına satılması ilə bağlı müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Danimarka şirkəti məlumat yayıb.

“Moeller-Maersk” 4,95 mlrd. dollar dəyərində 97,5 mln. səhm (3,76%) alacaq.

Bundan əlavə, “Total” 2,5 mlrd. dollar məbləğində borc öhdəliyi götürür. Bu, əməliyyatlar zamanı və yaxud əməliyyat başa çatdıqdan sonra ödəniləcək.

Ehtimal olunur ki, alqı-satqı 2018-ci ilin I rübündə Danimarka dövlət orqanlarının müvafiq razılıqları alındıqdan sonra tamamlanacaq.

Qeyd edək ki, 2016-cı ildə “Maersk Oil”un gündəlik hasilatı 313 min barel neft ekvivalenti həcmində olub.

Şirkətin hasilatla bağlı aktivləri Danimarka, Böyük Britaniya, Norveç, Qazaxıstan, Meksika körfəzi və Əlcəzairdə yerləşir, eyni zamanda Afrika, Cənubi Amerika və Yaxın Şərq ölkələrində geoloji kəşfiyyat işləri aparır.

Son xəbərlər

Orphus sistemi