Bakı. 24 noyabr. REPORT.AZ/ Fransanın Ümumi Əmək Konfederasiyası (Confederation generale du travail – CGT) adlı Milli Həmkarlar İttifaqı “Total” neft-qaz şirkətinin üç neft emalı müəssisəsinin işçilərini tətilə çağırıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə CGT təmsilçisi Tyerri Defresna məlumat verib.
Onun sözlərinə görə, şirkət rəhbərliyi əməkhaqqı və bonuslara dair təklifləri qəbul etməsə, gələn həftənin ilk iş günü hər üç müəssisə işləməyəcək.
Qeyd edək ki, Normandiya bölgəsində “Total” şirkətinə məxsus bəzi obyektlər, eləcə də digər yerlərdə bəzi departamentlər fəaliyyətini dayandırıb. Bu müəssisələrin əməkdaşları əvvəlcə əməkhaqqının artırılması tələbi ilə aksiyaya başlasalar da, sonradan onların əksəriyyəti “sarı jiletlər”ə qoşulduqlarını bildiriblər.