"The Wall Street Journal" neftin bahalaşacağını proqnozlaşdırır
Energetika
- 31 yanvar, 2017
- 10:59
Bakı. 31 yanvar. REPORT.AZ/ Çoxsaylı bazar risklərinə baxmayaraq, OPEC-in təklifi azaltmasının verdiyi müsbət effekt son 5 ayda ilk dəfə neft qiymətlərinin yüksələcəyi barədə proqnozların yaranmasına səbəb olub. "Report" xəbər verir ki, ABŞ-ın "The Wall Street Journal" qəzeti analitiklər arasında bununla bağlı sorğu aparıb.
Sorğuya görə, analitiklər "Brent" markalı neftin 2017-ci il üçün orta qiymətlə bağlı proqnozunu dekabrdakı 55 dollar/bareldən hazırda 56 dollar/barelə yüksəldiblər.
Ekspertlər neft bazarında təklifin azalması sayəsində tarazlığın əldə olunacağını bildirirlər. Qəzetin keçirdiyi sorğuda respondentlər "Brent" markalı neftin qiymətinin il ərzində 60 dollar/bareli bir qədər keçəcəyini gözlədiklərini açıqlayıblar.
Son xəbərlər
03:36
SEPAH: Xameneinin dəfn olunduğu Məşhəddə terror aktı törədilib
Region03:09
Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir
Digər ölkələr02:43
Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
Digər ölkələr02:38
Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"
Futbol02:27
Məhəmməd Vəhbi: "Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi"
Futbol02:17
Kilan Mbappe Fransa - Mərakeş matçının ən yaxşı futbolçusu olub
Futbol02:00
Foto
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5
Futbol01:54
İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb
Region01:27