​Texniki təhlil: Neftin qiyməti 47,7 dollara düşəcək

​Texniki təhlil: Neftin qiyməti 47,7 dollara düşəcək Beynəlxalq ekspertlər: Hazırkı səviyyədən yüksəlməyə başlamasa, qiymət 36 dollar/barelə düşə bilər
Energetika
3 Avqust , 2015 11:56
​Texniki təhlil: Neftin qiyməti 47,7 dollara düşəcək

Bakı. 3 avqust. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti 51 dollar/ barelə düşüb. Ötən həftənin sonunda qiymət 52,5 dollar/barel səviyyəsində bir qədər dayansa da, fyuçers kontraktlarının satışı davam edib.

"Report" xəbər verir ki, investorlar "Brent" markalı neftin qiymətinin daha da azalacağını ehtimal edirlər. Belə ki, investorların ən çox ehtiyat etdikləri qərar Federal Ehtiyat Sisteminin sentyabrda uçot dərəcəsini artırması ehtimalı ilə bağlıdır. Bunun nəticəsində, dollar möhkəmlənəcək və xammal qiymətləri aşağı düşməkdə davam edəcək. Məhz bu səbəbdən investorlar indidən neft fyuçers kontraktlarını ucuz satmağa başlayıblar.

Texniki təhlillər onu göstərir ki, "Brent" markalı neftin qiyməti 2015-ci il yanvarın 12-dəki həddə - 47,68 dollar/barel səviyyəsinə qədər azalacaq.

Uzunmüddətli perspektivdə isə neftin qiyməti hazırkı səviyyədən yüksəlməyə başlamasa, öncə 47,68 dollar/barel, daha sonra isə 36,2 dollar/barelə qədər geriləyə bilər. Bu, uzunmüddətli neft qiymətləri qrafikində əks olunub. Qeyd edək ki, neft 2004-ci ilin iyul ayında neftin 36,2 dollar/barelə satılıb və bu, son 11 ilin ən minimal qiymətidir.

Son xəbərlər

Orphus sistemi