Yuxarı

TAP üçün ​daha 3 şirkət konsorsiumda birləşib

Ümumilikdə konsorsium kəməri isti polad rulonlar, plitələr və “UOE” tipli borularla təmin etməyi planlaşdırır

Bakı. 9 iyul. REPORT.AZ/ Yaponiyanın “JFE Steel Cooperation” şirkəti Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin polad məhsulları ilə təmin etmək üçün Yunanıstanın boru istehsalçısı “Corinth Pipeworks Pipe Industry S.A.” (CPW) və “Marubeni-Itochu Steel Inc.” (MISI) ilə konsorsium yaradıb. 

“Report”un məlumatına görə, bu şirkətlər TAP-ı ümumilikdə 78 min ton polad məhsulları ilə təmin edəcəklər.

Ümumilikdə konsorsium kəməri isti polad rulonlar, plitələr və “UOE” tipli borularla təmin etməyi planlaşdırır.

Məlumatda deyilir ki, TAP-ın subpodratçılarından olan “JFE Steel Cooperation” özünün Yaponiyada yerləşən Fukuyama və Keihin vilayətlərindəki zavodunda istehsal edəcəyi polad rulonlar və plitələri 2016-cı ilin sonundan etibarən CPW və MISI şirkətləri vasitəsilə yola salacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi (SGC) layihəsinin sonuncu hissəsini təşkil edən TAP-ın ümumi uzunluğu 878 km-dir. Layihənin əsas səhmdarları hərəsi 20% olmaqla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP və “Snam”, həmçinin 19%-lə “Fluxys”, 16%-lə “Enagas” və 5%-lə “Axpo” şirkətidir. TAP vasitəsilə ilk “Şahdəniz” qazının Avropaya 2020-ci ildə çatacağı deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi