TAP layihəsinin maliyyə məsələsi apreldə həll olunacaq

TAP layihəsinin maliyyə məsələsi apreldə həll olunacaq Natiq Əliyev: "Bazardakı hadisələrə baxmayaraq, bu layihələr həyata keçiriləcək"
Energetika
29 Fevral , 2016 17:18
TAP layihəsinin maliyyə məsələsi apreldə həll olunacaq

Bakı. 29 fevral. REPORT.AZ/ Bu ilin aprel ayında Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin maliyyə məsələsi həll olunacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır.

Nazir dünya bazarında baş verən böhranın layihələrin həyata keçirilməsində problem yaratmadığını bildirib: "Həm Azərbaycanın "Şahdəniz-2" layihəsinin maliyyələşdirilməsində, layihələrdə SOCAR-ın payının maliyyələşdirilməsində heç bir problem yoxdur. Bizim tərəfdaşlarımızın da çətinliyi yoxdur". 

"SOCAR-ın TANAP və TAP layihələrində payı var. TANAP-da maliyyələşmənin əksər hissəsi həll edilib. Bazarda hansı hadisələr baş versə də, bu layihələr həyata keçiriləcək", - deyə N.Əliyev qeyd edib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, TAP layihəsinin icraçı direktoru Yan Bredşou isə bildirib ki, qaz kəmərinin inşasına artıq bu ilin ortasında Yunanıstanın Saloniki şəhərində başlanacaq.

Son xəbərlər

Orphus sistemi