TAP-ın işə salınması İtaliyanın qaz bazarına müsbət təsir göstərib

TAP-ın işə salınması İtaliyanın qaz bazarına müsbət təsir göstərib Trans Adriatik Boru Kəmərinin (TAP) tam şəkildə fəaliyyətə başlaması ilə İtaliya Avropa qaz bazarındakı yerini gücləndirərək qonşu ölkələrə qaz satmaq imkanı əldə edib.
Energetika
102
12 Yanvar , 2022 08:41
TAP-ın işə salınması İtaliyanın qaz bazarına müsbət təsir göstərib

Trans Adriatik Boru Kəmərinin (TAP) tam şəkildə fəaliyyətə başlaması ilə İtaliya Avropa qaz bazarındakı yerini gücləndirərək qonşu ölkələrə qaz satmaq imkanı əldə edib.

“Report” “La Repubblica”ya istinadən xəbər verir ki, bu məsələdə İtaliyada Avropanın başqa ölkələrinə nisbətən qazın daha ucuz olmasının böyük rolu olub. Milad bayramı günlərində İtaliya, hətta qonşu İsveçrə və Avstriyaya qaz ixrac edib.

Yerli qaz istehsalı hesabına öz ehtiyacının cəmi 3-4 faizini qarşılaya bilən İtaliyada qazın bu qədər ucuz olması TAP layihəsinin işə düşməsidir.

Ekspertlərin qənaətincə, bu, ölkə bazarında qazın 10 faizədək ucuzlaşmasını şərtləndirib.

Salento sahillərini Albaniya, Yunanıstan, Türkiyə ilə əlaqələndirən TAP buraya Azərbaycanda hasil edilən qazın ildə 8 milyard kubmetrini nəql edir. 

Son xəbərlər

Orphus sistemi