TAP-ın genişləndirilməsi ilə bağlı təklif noyabrda müzakirə olunacaq

TAP-ın genişləndirilməsi ilə bağlı təklif noyabrda müzakirə olunacaq Bu ilin noyabr ayında Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılması ilə bağlı təklif müzakirə olunacaq, bazar sınağı həyata keçiriləcək.
Energetika
3 İyun , 2022 15:45
TAP-ın genişləndirilməsi ilə bağlı təklif noyabrda müzakirə olunacaq

Bu ilin noyabr ayında Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılması ilə bağlı təklif müzakirə olunacaq, bazar sınağı həyata keçiriləcək.

“Report” xəbər verir ki, bunu TAP-ın İcraçı direktoru Luka Şkieppati bildirib.

“Avropa İttifaqına (Aİ) üzv ölkələrlə üzərində çalışdığımız plan var. Avropaya nəqlin artırılması zərurəti fevral ayında Bakıda artıq müzakirə olunub. Hazırda biz Avropaya qaz tədarükünü maksimum həddə çatdırmağa çalışırıq və birgə işi davam etmək niyyətindəyik”, - L.Şkieppati vurğulayıb.

Son xəbərlər

Orphus sistemi