“TANAP və “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi kimi irimiqyaslı və strateji regional layihələr Gürcüstanın təhlükəsizliyini möhkəmləndirir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” verilişində bildirib.
Nazir deyib ki, bununla yanaşı, bu layihələrin faydalarını Gürcüstanın hər bir sakini öz cibində hiss edəcək.
N.Turnavanın sözlərinə görə, əgər bu gün qaz kəməri ilə 6 mlrd. kubmetrdən çox qaz nəql olunursa, onun genişləndirilməsi qazın həcminin təxminən dörd dəfə artırılmasına imkan verəcək: “Buna müvafiq olaraq, Gürcüstanın əldə edəcəyi kvota yaxın illərdə artacaq”.
Nazir qaza olan tariflərin artmayacağına ümid etdiyini və Gürcüstanın 85%-nin qazlaşdırılacağını da qeyd edib.