​TANAP layihəsində dolayısı ilə 10 min nəfər çalışmaqdadır - FOTO

​TANAP layihəsində dolayısı ilə 10 min nəfər çalışmaqdadır - FOTO TANAP Orta Şərq və Avropanın ən uzun və ən böyük diametrli təbii qaz boru xətti olacaq
Energetika
14 Noyabr , 2015 12:34
​TANAP layihəsində dolayısı ilə 10 min nəfər çalışmaqdadır - FOTO

Bakı. 14 noyabr. REPORT.AZ/ Trans-Anadolu Təbii Qaz Boru kəməri (TANAP) tamamlandıqda Türkiyə, Orta Şərq və Avropanın ən uzun (1850 km) və ən yüksək diametrli (56”) təbii qaz boru xətti olma xüsusiyyətini daşıyacaq.

TANAP-dan "Report"a verilən məlumata görə, TANAP, inşaat və istismar mərhələsində Türkiyədə beynəlxalq standartlara cavab verən ətraf mühit və sosial təsir, işçi sağlamlığı və iş təhlükəsizliyi metodlarının tətbiq edildiyi bir layihə olacaq: "Bütün bu işlər ərzində TANAP layihəsində bilavasitə 5 min 500 nəfər, dolayısı ilə 10 min nəfər çalışmaqdadır. Hazırda 3 lot halında inşa edilən TANAP layihəsində hər lot üzrə kanal qazma işləri davam edərkən, borular da sürətlə yerləşdirilir. TANAP kəmərinin keçdiyi ərazidə torpaq sahələrinin layihə məqsədləri üçün istifadə işləri tamamlanıb və boru yerləşdirmə işinin 800 km-lik qismi isə hazırda podratçılara təslim edilib. 2015-ci ilin sonuna qədər hər lot üzrə 50 km olmaqla, 3 lotun toplamında qaynaq işləri 150 km-i keçəcək".

Bildirilib ki,TANAP layihəsinin mühəndislik, satınalma, inşaat idarəçiliyi və digər layihə fəaliyyətləri London, Bombey, Ankara, Qars, Ərzurum, Ərzincan, Sivas, Yozqatda davam edir:

"Boru xəttinə dair detallandırılmış mühəndislik işlərinin tamamlanma mərhələsinə çatan TANAP-da stansiyaların (kompressor və ölçmə stansiyaları) detallandırılmış mühəndislik işləri hazırda icra olunmaqdadır.

Tədarükçü və mühəndislik xidmətləri alınan şirkətlər arasında Çinin "Baosteel Europe GmbH", İtaliyanın "Sicim" və "Valvitalia", Amerikanın "General Electric Oil & Gas" və ABB, Belçikanın "Solar Turbines" və Almaniyanın ILF kimi beynəlxalq şirkətləri yer almaqdadır.

Bundan savayı, detallandırılmış mühəndislik işləri və layihə idarəçiliyi İngiltərənin "Warley Parsons", ilkin mühəndislik işləri isə "Bechtel" şirkətləri tərəfindən icra olunmaqdadır. Beynəlxalq ƏMTQ (Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi) hesabatının hazırlanmasında isə İtalyanın "Golder Associates" və İngiltərənin ERM şirkətləri xidmət göstərməkdədirlər. Bütün bu beynəlxalq tərəfdaşlar TANAP-a olan beynəlxalq etimadın ciddi bir göstəricisidir".

Son xəbərlər

Orphus sistemi