Sumqayıtda qəza 350 abonenti və 3 müəssisəni qazsız qoydu

Sumqayıtda qəza 350 abonenti və 3 müəssisəni qazsız qoydu Bu gün Sumqayıt şəhərində yük avtomobili ilə yaşayış komplekslərindən birinə gedən yeraltı 160 mm diametrində olan polietilen qaz xəttinin metal hissəyə keçidini və siyirtməni qırıblar.
Energetika
10 Fevral , 2020 16:33
Sumqayıtda qəza 350 abonenti və 3 müəssisəni qazsız qoydu

Bu gün Sumqayıt şəhərində yük avtomobili ilə yaşayış komplekslərindən birinə gedən yeraltı 160 mm diametrində olan polietilen qaz xəttinin metal hissəyə keçidini və siyirtməni qırıblar.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, yaxınlıqdakı yanğından mühafizə hissəsinin qaz kəməri üzərindəki avadanlıqlar da zədə alıb. Hazırda 350 abonentin və 3 müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Son xəbərlər

Orphus sistemi