Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
“Report”un məlumatına görə, qurumun həyata keçirdiyi müvafiq proqrama əsasən, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər intensiv surətdə aradan qaldırılır, qaz təsərrüfatının dinamik inkişafı istiqamətində fəaliyyət davam etdirilir.
Görülmüş işlərin nəticəsi olaraq, paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur. Belə ki, şəhərin 21-ci mikrorayon ərazisində, 76, 49 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunması üçün layihə üzrə 24 700 metrə yaxın qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Hazırda qeyd olunan ərazilərdə 2500 metrə yaxın qaz kəməri çəkilib. Bundan başqa, şəhərdə həyətyanı sahələdə yerləşən qaz sayğaclarının da yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.
Aparılan işlərin nəticəsində istehlakçılar normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunurlar.





