"Statoil" Türkiyədə təbii qaz axtaracaq

"Statoil" Türkiyədə təbii qaz axtaracaq Şirkət Türkiyənin iki bölgəsində axtarış üçün Kanada şirkəti ilə saziş imzalayıb
Energetika
16 May , 2016 14:19
Statoil Türkiyədə təbii qaz axtaracaq

Bakı. 16 may. REPORT.AZ/ Norveçin "Statoil" şirkəti Türkiyədə təbii qaz axtarış və hasilatı ilə məşğul olmaq üçün Kanadanın "Valuera" şirkəti ilə saziş imzalayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Statoil" Kanada şirkətinin Tekirdağın Banarlı bölgəsindəki axtarış layihəsində 50% hissəyə sahib olub, qalan pay isə "Valuera" şirkətində olacaq.

Eyni zamanda, sazişdə Trakya bölgəsində təbii qaz axtarışının sürətləndirilməsi və bölgədəki quyulardan birindən bu ilin sonu, yaxud 2017-ci ilin əvvəlində qaz çıxarılması qeyd olunub.

Hər iki şirkət birlikdə bölgənin dərinliklərində qalan qaz potensialını ölçəcək. Kəşfiyyat təxminən 540 kv. km ərazini əhatə edir.

Qeyd edək ki, Kanada şirkəti 4 ildir Türkiyədə neft və təbii qaz axtarır. Şirkət bu ilin əvvəlində Banarlıdakı "Batı Gürgen-1" ərazisində təbii qaz olduğunu və sınaq müddətində gündəlik hasilatın 100 min kubmetr həcmə çatdığını açıqlamışdır.

"Valeura" şirkəti Trakyada 3 ayrı quyuda qaz kəşf edib və hasilata başlayıb. Kanada şirkəti Trakyada ümumulikdə 14 hasilat və axtarış lisenziyasına sahibdir. Bundan başqa şirkətin Qaziantepdə də neft axtarışı üçün lisenziyası var.

Son xəbərlər

Orphus sistemi