"Statoil" Kanadanın quru neft yataqlarını tərk edir

"Statoil" Kanadanın quru neft yataqlarını tərk edir Şirkət dəyən ziyanı 500-550 milyon dollar məbləğində qiymətləndirir
Energetika
15 Dekabr , 2016 08:38
Statoil Kanadanın quru neft yataqlarını tərk edir

Bakı. 15 dekabr. REPORT.AZ/ Norveçin "Statoil" şirkəti Kanadanın neftli qumlarının işlənməsi üzrə layihələri tərk edir və öz aktivlərini "Athabasca Oil" şirkətinə satır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Neft-qaz şirkəti bu aktivlərin satışından dəyən ziyanı 500-550 milyon dollar məbləğində qiymətləndirir.

Təxminən iki il bundan əvvəl şirkət səmərəliliyi ilə bağlı narahatlıq üzündən neftli qumların işlənməsi üzrə iri layihənin inkişaf planlarını ləğv edib.

Son xəbərlər

Orphus sistemi