Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb 2006-cı ildə Respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 mlrd kVt/saat elektrik enerjisi idxal edilirdisə, 2019-cu ildə bu göstərici 136,9 milyon kVt/saata qədər azalıb.
Energetika
20 Oktyabr , 2020 10:58
Son 10 ildə Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir.

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, əgər 2006-cı ildə Respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 mlrd kVt/saat elektrik enerjisi idxal edilirdisə, 2019-cu ildə bu göstərici 136,9 milyon kVt/saata qədər azalıb: “İxrac isə on il ərzində 3 dəfə artaraq 1,5 milyard kVt/saata qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 104,3 milyon kVt/saat elektrik enerjisi idxal, 841,9 milyon kVt/saat elektrik enerjisi ixrac edilib”.

Nazir qeyd edib ki, Gürcüstana 450,2 milyon kVt/saat, Rusiyaya 92,5 milyon kVt/saat, Türkiyəyə 101,8 milyon kVt/saat, İrana 197,4 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 64,7 milyon kVt/saat, İrandan 22,8 milyon kVt/saat, Gürcüstandan 16,8 milyon kVt/saat olub”.

P. Şahbazov bildirib ki, elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kV-luq Samux-Qardabani və 330 kV-luq Ağstafa-Qardabani, Türkiyə ilə iki dövrəli 154 kV-luq “İqdır-Babək”, 34,5 kV-luq “Aralıq-Sədərək”, Rusiya ilə 330 kV-luq “Yaşma-Dərbənd”, 110 kV-luq “Yalama-Bilici” elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir. Azərbaycanla İranın enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi isə 330 kV-luq “Muğan”, 230 kV-luq “İmişli”, 110 kV-luq “Astara-Astara”, 132 kV-luq “Araz-Araz” və 132 kV-luq “Culfa-Culfa” EVX-ləri vasitəsilə reallaşdırılır”.

Son xəbərlər

Orphus sistemi