​SOCAR Yunanıstanın DESFA şirkətində payını azaltmaq niyyətində deyil

Energetika
  • 02 iyun, 2015
  • 08:03
​SOCAR Yunanıstanın DESFA şirkətində payını azaltmaq niyyətində deyil

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanda qazpaylayıcı şəbəkənin milli operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi prosesi çərçivəsində almaq istədiyi iştirak payını azaltmaq niyyətində deyil.

"Report" xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

V.Əliyev SOCAR-ın mövqeyinin dəyişmədiyini açıqlayıb: "SOCAR Yunanıstanın DESFA şirkətində almaq istədiyi 66% səhmi satmaq və ya azaltmaq niyyətində deyil".

44 filmi